İranın Cənubi Koreyada bloklanan valyuta ehtiyatları Qətərdəki bank hesablarına köçürülüb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Vaşinqton administrasiyası məlumat yayıb.

Məlumata görə, İran məhbusların mübadilə müqaviləsi çərçivəsində buraxılan 6 milyard dolları yalnız ərzaq, dərman, tibbi cihaz və kənd təsərrüfatı məhsullarının alınmasına xərcləyə biləcək. Eyni zamanda, bu cür məhsulların tədarükçülərinin sayı ciddi şəkildə məhdudlaşdırılacaq.

Bildirilib ki, bu məhsullar Qətərdəki humanitar kanal vasitəsilə İrana çatdırılacaq.

 

Gözəl Həşimova