İlin axırına qədər Azərbaycanda inflyasiya göstəriciləri proqnozlaşdırılan rəqəmlərdən çox fərqli olmayacaq.

İqtisadiyyat.Az-ın məlumatına görə, bunu maliyyə nazirinin müavini Azər Bayramov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib.

A.Bayramov vurğulayıb ki, bu günə qədər hökumətin həyata keçirdiyi siyasət inflyasiyanın nəzarət altında saxlanılmasına imkan yaradıb.

A.Bayramov əlavə edib ki, növbəti aylarda da nifilyasiya nəzarət altında saxlanılacaq.