Azərbaycanın iki sığorta şirkəəti ilin əvvəlindən indiyədək sığorta ödənişi həyata keçirməyib.

Bunlar "Xalq Həyat Sığorta" və "Naxçıvan sığorta" şirkətləridir.

İlin əvvəlindən "Xalq sığorta" şirkəti 672 min manat, "Naxçıvan sığorta" isə 336 min manat sığorta haqqı toplasalar da indiyədək ödəniş etğməyiblər.

"Xalq Həyat sığorta" şirkəti 2019-cu ildən fəaliyyətə başlayıb və ötən il də ödəniş etməyib – şirkət 2019-cu ildə yalnız 977 min manat sığorta haqqı toplasa da ödəniş həyata keçirilməyib.

"Naxçıvna sığorta" isə ötən il 546 min manat sığorta haqqı toplayıb və cəmi 2 min manat ödəniş edib. 2019-cu ilin nəticələrinə görə şirkətin ödəniş yığım nisbəti  ölkədə ən sərfəli həddədir – 0,4%.