Hindistan Xarici İşlər Nazirliyi Kanada səfiri Kemeron Makkeyi ölkədən deportasiya edir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyindən məlumat yayıb.

Məlumata görə, Hindistan Kanadanın yüksək səviyyəli diplomatından 5 gün ərzində ölkəni tərk etməsini istəyib. Bildirilib ki, bu qərar Kanada diplomatları arasında Hindistanın daxili işlərinə müdaxilə ilə bağlı artan narahatlığı əks etdirir

Qeyd edək ki, Kanadadakı Sinkhx icmasının lideri Hardip Sinkx Nijarın qətli ilə bağlı iki ölkə arasında diplomatik qalmaqal yaşanır. Kanada hakimiyyəti onu Hindistan kəşfiyyat orqanlarının bu ilin iyun ayında qətlə yetirdiyini iddia edir, qarşı tərəf isə bununla razılaşmır.

 

Gözəl Həşimova