Banqladeş və Hindistanda güclü “Remal” siklonu səbəbindən hər iki ölkənin bir milyona yaxın sakini evlərini tərk etmək məcburiyyətində qalıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “Agence France-Presse” (AFP) məlumat yayıb .

Fırtına Bakı vaxtı ilə saat 18:00 radələrində Banqladeşin cənub-qərbinə çatıb. Küləyin sürəti saatda 120 kilometrə çatıb. Hindistan Meteorologiya Departamenti bundan əvvəl güclü yağış və küləyin sürətinin saatda 120-130 kilometrə çatacağı barədə xəbərdarlıq etmişdi.