Hindistan buğda qiymətlərinin artması fonunda yerli ehtiyatlarını təmin etmək üçün hökumətlərarası saziş çərçivəsində Rusiyadan 9 milyon ton buğda almağı nəzərdən keçirir.

Bu barədə İqtisadiyyat.az "The Econonic Times"a istinadən xəbər verir.

Məlumata görə, Rusiya Hindistana rəqabətqabiliyyətli qiymətlərlə buğda təklif edir. Bildirilib ki, hakimiyyət orqanları ərzaq təhlükəsizliyini təmin etmək, qiymətləri sabitləşdirmək və inflyasiya ilə mübarizə məqsədilə belə bir addım atır.

Əlavə edək ki, Hindistan dənli bitkilər istehsalında dünya liderlərindən biridir.

 

Gözəl Həşimova