İsrailin Baş naziri Beynayamin Netanyahu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevi qəbul edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı Səfirliyi məlumat yayıb.

Görüşdə iki ölkə arasında ikitərəfli əməkdaşlıq məsələləri və gələcək perspektivlər müzakirə olunub.