"Ermənistanın 30 illik işğalı Azərbaycanın 8 şəhərinin və yüzlərlə kəndinin tamamilə yox olmasına səbəb olub".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" hesabında bildirib.

"Azərbaycan dövləti tərəfindən maliyyələşdirilən, indiyədək misli görünməmiş bərpa prosesi işğaldan azad edilmiş əraziləri dirçəldir", - o, qeyd edib.