Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən "Çobanoğlu" məhdud məsuliyyətli cəmiyyətinin mühüm sənədləri yoxa çıxıb.

İqtisadiyyat.az xəbər verir ki, şirkətə məxsus əmrlər kitabı itib.

Qeyd edək ki, sözügedən şirkətin sahibi Məmmədov Əmir Əli oğludur. O, ötən ilin oktyabrında tikintidə yol verdiyi nöqsanlara görə həbs edilib.

Rəsmi məlumata görə, Culfa rayonunda iaşə obyektinin tikintisi zamanı yol verilən qanunsuzluqlarla bağlı Naxçıvan Muxtar Respublikası Prokurorluğunda istintaq edilən cinayət işi üzrə Məmmədov Əmir Əli oğlu Cinayət Məcəlləsinin 162-1.1 (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi), 188.4.1 (Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) və maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Ə.Məmmədov "Çobanoğlu" şirkətini 2006-cı ildə yaradıb.