Hatayda hərbi maşının yük maşınına çırpılması nəticəsində 10 əsgər yaralanıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb. 

Məlumata görə, Dörtyoldan İskəndərun istiqamətində hərəkət edən hərbi avtomobilin sürücüsü idarəetməni itirib və yük maşını arxadan vurub.

Qəza nəticəsində 10 hərbçi yüngül xəsarət alıb. Xəbər verildikdən sonra hadisə yerinə polis və tibb işçiləri göndərilib.

Yaralılar Dörtyol Dövlət Xəstəxanasına çatdırılıb.

Hadisə ilə bağlı araşdırmalar davam edir.