Türkiyənin xarici işlər naziri Hakan Fidan İspaniyaya səfər edəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.

Bildirilib ki, o, İspaniyanın Fələstini tanıma qərarı ilə əlaqədar dəvəti çərçivəsində mayın 29-da təmas qrupunun üzvləri ilə birlikdə Madridə səfər edəcək.

“Danışıqlar zamanı Qəzzada atəşkəsin təmin edilməsi və Fələstin Dövlətinin daha çox ölkə tərəfindən tanınması səyləri müzakirə olunacaq”, - məlumatda qeyd olunub.