İyulun 1-nə olan məlumata əsasən, Gürcüstanın Azərbaycana 6,107 milyon ABŞ dolları həcmində borcu var.

Bu barədə Gürcüstan Maliyyə Nazirliyinin hesabatında bildirilib.

Aylıq müqayisədə qonşu ölkənin Azərbaycana borcunda 184 min dollar azalma qeydə alınıb.

Gürcüstanın ümumi xarici borcu isə 163 260 dollar artaraq 6,142,531 min dollara bərabər olub.

Qonşu ölkənin ən çox borcu olduğu ölkələr Almaniya (372,396 milyon dollar), Fransa (457,182 milyon dollar) və Yaponiyadır (213,377 milyon dollar).

Gürcüstanın qonşu Türkiyə, Rusiya və Ermənistana isə borcu aylıq müqayisədə nisbətən azalaraq müvafiq olaraq 11,780milyon dollar, 46,019 milyon dollar və 6,326 milyon dollar təşkil edir.report