Gürcüstan ərazisində baş verən zəlzələ Azərbaycanda hiss olunub.

Bu barədə İqtisadiyyat.az-a Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Gürcüstan ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ Azərbaycanın sərhəd rayonlarında, Ağstafa, Tovuz, Balakən, Zaqatala, Gəncə, Gədəbəy və digər rayonlarda 4-3 bala qədər hiss olunub.