Göygöldə çökən binanın dağıntıları altında qalan 1 nəfər ölüb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə APA məlumat yayıb.

*** 22:35

Göygöl rayonunda fərdi evdə uçqun olub.

İqtisadiyyat.az "Report"a istinadən xəbər verir ki, hadisə Göygöl şəhər ərazisində qeydə alınıb.

Məlumata görə, hadisə fərdi evdə təmir işləri görülən zaman baş verib və bir nəfər dağıntılar altında qalıb.

Hazırda dağıntı altında qalan şəxsin xilasetmə işləri aparılır.