Goranboy sakini dəm qazından ölüb.

İqtisadiyyat.az xəbər verir ki, hadisə Qaradağlı kəndində baş verib.

1998-ci il təvəllüdlü Şabanlı Dürdanə Mərdan qızı yaşadığı 1 otaqlı fərdi yaşayış evində quraşdırılmış qaz balonundan sızan qaz nəticəsində zəhərlənərək ölüb.

Hazırda Goranboy rayon prokurorluğunda araşdırma aparılır.