2020-ci ilin yanvar-sentyabr ayları ərzində gömrükdən büdcəyə daxilolmaların ümumi həcmi 2 milyard 955,2 milyon manat olub. 

Oxu.az-ın Azərbaycan Respublikası Gömrük Komitəsindən əldə etdiyi məlumata əsasən, sentyabr ayı ərzində Gömrük Komitəsi xətti ilə büdcəyə daxilolmaların həcmi 309,9 milyon manat təşkil edib.

Sentyabr ayı ərzində gömrük rüsumu üzrə büdcəyə 93,3 milyon manat, əlavə dəyər vergisi üzrə 199,9 milyon manat, aksizlər üzrə 13,4 milyon manat, yol vergisi üzrə isə 3,3 milyon manat daxil olub. 

Sentyabr ayında avqust ayına nisbətən büdcəyə daxilolmaların həcmi 8,7 faiz artıb.

2019-cu ilin eyni dövrü ilə müqayisədə büdcəyə daxilolmaların həcmi 9,07 faiz azalıb.

Yanvar-sentyabr ayları ərzində büdcə daxilolmaları üzrə ən aşağı göstərici avqust ayında qeydə alınıb, müvafiq dövr ərzində büdcəyə 285,3 milyon manat vəsait cəlb edilib.