“Dövlət Gömrük Komitəsi may ayında bayram günləri müddətində Hökumət Ödəniş Portalı üzərindən dövlət büdcəsinə 30 milyon manat pul köçürüb”. 

Bunu parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komittəsinin iclasında Dövlət Gömrük Komitəsinin Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin rəisi Mirqasım Vahabov deyib. 

O bildirib ki, 2020-ci ilin mayı ən gərgin aylardan biri olub: 

“Bilirsiniz ki, may ayında 10 gündən artıq qeyri-iş günü olub. Gömrük Komitəsinin əməkdaşları isə növbəlilik əsasında işə cəlb edilib. Xarici iqtisadi fəaliyyət iştirakçıları ilə bağlı problem olmayıb”, - deyə M.Vahabov əlavə edib.(Oxu.az)