Bu ilin I rübündə ABŞ-ın “Goldman Sachs” investisiya bankının gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 40% artaraq 13,3 milyard ABŞ dollarına yüksəlib.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir. 

Bununla belə, Bankın xərcləri illik müqayisədə daha çox artdığından onun mənfəəti sabit tendensiya nümayiş etdirərək 2,4 milyard ABŞ dolları təşkil edib.

Nalans hesabatının açıqlanmasından sonra Nyu-York fond birjasında “Goldman Sachs” ım səhmlərinin qiyməti 1,7% artaraq 218ABŞ dollarına çatıb.