Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə İqtisadiyyat.az-a DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildirib.

Hadisə Bayraq meydanın yaxınlığında qeydə alınıb. Hərəkətdə olan "Mercedes" ilə yol polisinə məxsus "BMW" toqquşub. Hadisə nəticəsində heç kim xəsarət almayıb. Faktla bağlı araşdıra aparılır.