Gədəbəy rayonunun Qızıltorpaq kəndində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

İqtisadiyyat.az "Report"a istinadən xəbər verir ki, yolu qarşı tərəfə keçmək istəyən 1965-ci il təvəllüdlü Ələsgər Bayram oğlu Allahverdiyevi avtomobil vurub.

Piyada aldığı xəsarətdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.