Gədəbəydə evdə qaz sızmasından yanğınla nəticələnən partlayış olub.

İqtisadiyyat.az xəbər verir ki, hadisə rayonun Samanlıq kəndində qeydə alınıb.

1941-ci il təvəllüdlü Əbülfəz Musayev yanıq xəsarəti ilə Gədəbəy rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Oradan isə Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.