"Yeddilik Qrupu (G7) dövlətlərinin xarici siyasət idarələrinin rəhbərləri Ukraynanın enerji sektorunu dəstəkləməyə davam etmək barədə razılığa gəliblər". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı bəyanatda bildirilib.

Bəyanatda qeyd olunub ki, G7-nin xarici əlaqələr qurumlarının rəhbərləri və onların tərəfdaşlarının Ukraynanın enerji sektoruna dəstək üzrə görüşü ABŞ və Yaponiyanın həmsədrliyi ilə keçirilib: "İclas iştirakçıları mövcud infrastrukturun mühafizəsi və təmir üçün humanitar minatəmizləmə yardımı da daxil olmaqla, Ukraynanın enerji sektorunda əsas ehtiyaclarının ödənilməsinin sürətləndirilməsini dəstəkləməyə və asanlaşdırmağa hazır olduqlarını bildirdilər".