“Böyük iyirmiliy”in (G20) növbəti sammitlərinin Braziliya, Cənubi Afrika və ABŞ-də keçirilməsi planlaşdırılır.

İqtisadiyyat.az-ın məlumatına görə, bu barədə G20 ölkələrinin liderlərinin Nyu Dehli sammitinin yekunları üzrə qəbul etdikləri bəyannamədə deyilir.

“2024-cü ildə Braziliyada, 2025-ci ildə Cənubi Afrikada və 2026-cı ildə ABŞ-da yenidən görüşməyi səbirsizliklə gözləyirik”, - bəyannamədə bildirilir.

G20 liderləri Səudiyyə Ərəbistanının yeni tsikldə G20 sammitinə ev sahibliyi etmək niyyətini alqışladıqlarını vurğulayıblar.