"G20 Yeni Dehlidə keçiriləcək sammitdə Afrika İttifaqını üzvlüyünə qəbul etməyi planlaşdırır".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun diplomatik departamentin saytında dərc olunmuş bəyanatında deyilir.

"Rusiya Afrika İttifaqının G20-yə tamhüquqlu üzv kimi daxil olmasını dəstəkləyib. Bu qərar Yeni Dehlidə keçiriləcək sammitdə verilməli və müvafiq bənd yekun bəyannaməyə daxil edilməlidir", - deyə nazir vurğulayıb.

Əlavə edək ki, "G20" sammiti 9-10 sentyabr tarixlərində Yeni Dehlidə keçiriləcək.

 

Gözəl Həşimova