Mayın 16-da Füzuli rayon prokurorluğu tərəfindən rayonun Böyük Bəhmənli kəndində yerləşən 1 nömrəli tam orta məktəbdə “Narkomaniyaya qarşı mübarizə vətəndaşlıq borcumuzdur” adlı tədbir keçirilib.

İqtisadiyyat.az xəbər verir ki, tədbirdə Füzuli rayonunun hüquq-mühafizə orqanlarının əməkdaşları ilə yanaşı, məktəbin yuxarı sinif şagirdləri iştirak edib.

İştirakçılara narkotik vasitə və psixotrop maddələrin insan orqanizminə və sağlamlığına zərəri barədə ətraflı məlumat verilib və mövzu ilə bağlı şagirdlərin çoxsaylı sualları ətraflı cavablandırılıb.