Fransa polisi çeçen diasporunun 10 nümayəndəsini saxlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “France 3” telekanalı məlumat yayıb.

Bildirilir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları ölkənin 12 şəhərində əməliyyat keçirib. Müstəntiqlərin fikrincə, adları açıqlanmayan saxlanılanların radikal islamçı qruplarla əlaqəsi ehtimalı var. Hazırda axtarışlar davam etdirilir.