Nigerdəki çevrilişdən və səfirliyə hücumdan sonra Fransa bu ölkədəki vətəndaşlarını təxliyə etmək qərarına gəlib.

İqtisadiyyat.az xarici mediaya istinadən bildirir ki, Nigerdə ​​təhlükəsizliklə bağlı vəziyyətin pisləşməsi fonunda Fransa öz vətəndaşlarını hava yolu ilə təxliyə etməyi planlaşdırıb.

Fransa Xarici İşlər Nazirliyi bu məlumatı təsdiqləyib.

Qeyd edək ki, iyulun 30-da Nigerin paytaxtı Niameydə Fransa səfirliyi qarşısına toplaşan minlərlə nümayişçi səfirliyin binasını hədəfə alıb və onlara ziyan vurub.

Gülşən Şərif

İqtisadiyyat.az