"Fransa Silahlı Qüvvələr Nazirliyi Livan ordusuna dərman partiyası göndərəcək". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə AFP respublikanın hərbi departamentinin rəhbəri Sebastyan Lekornunun ofisinə istinadən məlumat yayıb.

AFP-nin məlumatına görə, bazar ertəsi axşam Fransa hərbi təyyarəsi təxminən 3 ton ağırlığında dərmanların ilk partiyasını Livana çatdıracaq.

Agentlik əlavə edib ki, ölkədə sabitliyin qorunmasında mühüm rol oynayan Livan ordusu respublikada hökm sürən ciddi iqtisadi böhran səbəbindən 80 min hərbçisinin ehtiyacını ödəmək üçün mübarizə aparır.

Dünya Bankının məlumatına görə, Livandakı hazırkı böhran bu dövlətin iqtisadiyyatı üçün dağıdıcı olub. Milli valyuta olan Livan funtu 2019-cu ildən bəri 96% dəyər itirib, əhalinin üçdə ikisini yoxsulluq içində yaşayır.