Fransa Xarici İşlər Nazirliyi Burkina Faso üçün bütün inkişaf yardımlarını və büdcə dəstəyini dayandırıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Nazirlik məlumat yayıb.

Məlumata görə, ölkəyə büdcə dəstəyi növbəti xəbərdarlığa qədər dayandırılıb. Bildirilib ki, ötən il Fransa ölkəyə 13 milyon avro büdcə yardımı nəzərdə tutub. Ümumillikdə bu günə qədər Fransanın Burkina Faso üçün etdiyi inkişaf yardımının məbləği 482 milyon avroya çatıb.

Əlavə edək ki, Burkina Fasoda ötən il iki hərbi çevriliş baş verib. Ölkə bu ilin yanvar ayında "Sabre" əməliyyatı çərçivəsində Fransa əsgərlərinin ölkədən çıxmasını tələb edib. Həmin dövrdə Fransa qoşunlarını geri çəkməyə razılaşıb, lakin inkişaf yardımını və büdcə dəstəyini davam etdirib.

Lakin Burkina Faso bu yaxınlarda Nigerdəki hərbi çevrilişə dəstək verib. Buna görə də Fransa ölkəyə büdcə dəstəyini dayandırıb.

 

Gözəl Həşimova