Finlandiyanın Qida İdarəsi quş qripi aşkar edilən təsərrüfatlardan təxminən 50 000 su samuru və tülkünün məhv edilməsi barədə göstəriş verib.

İqtisadiyyat.az xarici mediaya istinadən bildirir ki, iyul ayından etibarən Finlandiyada ən azı 20 xəz fermasında quş qripinə yoluxma halları qeydə alınıb. 

Finlandiya Qida İdarəsinin açıqlamasına görə, quş qripi infeksiyasında su samuru xüsusilə problemli bir növdür. Bunun səbəbi su samurlarının yuxarı tənəffüs yollarında həm quş, həm də insan qripi viruslarına bağlana bilən reseptorların olmasıdır. Su samuru virusun daha təsirli şəkildə mutasiyaya uğrayaraq insanlara yoluxmasını təmin edə bilirlər.

Gülşən Şərif

İqtisadiyyat.az