Filippinin dağlıq Apayao bölgəsində təlim təyyarəsi qəzaya uğrayıb. 

İqtisadiyyat.az xəbər verir ki, təyyarədə olan 2 nəfərin öldüyünü bildirən səlahiyyətlilər, təyyarənin qalıqlarının Filippin Hərbi Hava Qüvvələri tərəfindən müəyyən edildiyini, lakin hələ də cəsədlərin aşkar edilmədiyini qeyd edib.

Apayao Fəlakət və Risklərin İdarə Edilməsi Agentliyinin rəhbəri Coffri Borromeo təyyarənin qalıqlarının Luna şəhəri yaxınlığında tapıldığını açıqlayıb.

Qeyd edək ki, dünən "Cessna 152" model təyyarənin yoxa çıxdığı bildirilib.