Kataloniyada ispan fermerlər etiraz aksiyası çərçivəsində İspaniyadan Fransaya gedən yolu bağlayıblar.

Bu barədə İqtisadiyyat.az Avropa mediasına istinadən xəbər verir.

Etirazçılar traktorlarla yolu bağlayaraq hər iki istiqamətdə nəqliyyatın hərəkətini durdurublar. Bundan əlavə, onlar digər böyük magistral yolları, xüsusən də Barselona ilə Madrid şəhərlərini birləşdirən yolu bağlayıblar.

Etiraz aksiyasını İspaniyanın üç ən böyük kənd təsərrüfatı birliyi təşkil edib. Ona Kataloniya, Qalisiya, Araqon, Kastiliya və Leon, Andalusiya və Valensiya muxtar icmalarından fermerlər qoşulub.

Yerli fermerlər Avropa İttifaqının ekoloji tələblərinə, artan bürokratiyaya və üçüncü ölkələrdən kənd təsərrüfatı məhsullarının ölkəyə idxalına etiraz edirlər.