Keçmiş vergilər naziri Fazil Məmmədov  səhhətində yaranan problemlə əlaqədar Almaniyaya aparılıb.

Almaniyadakı mənbənin modern.az-a verdiyi məlumata görə, F.Məmmədov bir həftə əvvəl Almaniyanın “Heidelberg” xəstəxanasına yerləşdirilib.

Mənbə eks-nazirin mədəsində əməliyyat aparıldığını, hazırda vəziyyətinin stabil olduğunu qeyd edib.

Qeyd edək ki, uzunmüddətli müalicə prosesindən sonra sağlığına qovuşan eks-vergilər naziri Fazil Məmmədovun səhhəti yenidən pisləşdiyindən bu ilin iyun ayında qastrit diaqnozu ilə Gəncə Beynəlxalq Hospitalına yerləşdirilmişdi.