ABŞ-da aparılan bir araşdırmaya görə, ürək xəstəliyi riskinin televizor qarşısında oturanlarda, oturaraq çalışanlardan daha yüksək ola biləcəyi ortaya çıxıb. Ekspertlər televizor izləndiyi zaman yemək yemənin də bu riski artıran amillərdən biri olduğuna diqqət çəkib. 
 
ABŞ-ın Kolumbiya universitetində çalışan elm adamlarının apardığı araşdırma uzun müddət oturaraq televizor izləməyin ürək-damar xəstəliyi və erkən ölüm riski ilə əlaqəli olduğunu göstərib. 
 
Tədqiqatda gündə 4 saat ya da daha uzun müddət oturaraq televizor izləyənlərdə, gündə 2 saatdan az izləyənlərə görə ürək-damar xəstəlik riskinin 50 faiz yüksəldiyi qənaətinə gəlinib. 
 
Digər tərəfdən iş yerində tez-tez və ya daima oturduğunu söyləyənlərin isə heç oturmadığını, ya da nadir hallarda oturduğunu ifadə edənlərlə müqayisədə ürək xəstəliyinə yaxalanma və ya ölüm ehtimallarının artmadığı müşahidə edilib.
 
Mütəxəssislərin araşdırma çərçivəsində 3 min 592 Afroamerikalını 8,5  il ərzində nəzarətdə saxladığı qeyd olunub.(moderator.az)