2070-ci ilə qədər Xəzər dənizində suyun temperaturunun 1.7, əsrin sonuna qədər isə 2.1 dərəcə artması qeydə alına bilər. Hesablamalara görə, əgər ölkələr heç bir tədbir görməzsə, əsrin sonuna kimi temperatur 4.5 dərəcə arta bilər ki, nəticədə, dənizin səviyyəsi 3.7 metr enə bilər.

İqtisadiyyat.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət şöbəsinin müdir müavini Rafiq Verdiyev deyib.

"Burada modelləşdirmə işləri vacibdir. Ssenari və qiymətləndirmələr var, lakin nəticələr müxtəlifdir. Məlumatların hamısı ümumiləşdirilib ortaq məxrəcə gəlinməlidir ki, daha dəqiq informasiya əldə edilsin", - deyə R.Verdiyev bildirib.