Avropa Məhkəməsi sülh və insanlıq əleyhinə cinayətləri törətməkdə təqsirləndirilən Vaqif Xaçaturyanla bağlı Ermənistanın müraciətini də rədd edib.

İqtisadiyyat.az xəbər verir ki, bunu Azərbaycan Republikasının İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi, Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov bildirib.

Ç.Əsgərov qeyd edib ki, bu, bir ayda Ermənistanın rədd edilmiş artıq dördüncü müraciətidir.