“Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətini aparmağa başlayanda Naxçıvana qarşı da onların ərazi iddiaları var idi. Burada da şiddətli döyüşlər gedirdi. Məhz o vaxt Azərbaycanın böyük oğlu Heydər Əliyevin rəhbərliyi ilə - o zaman o Naxçıvanın başçısı idi – Naxçıvan düşməni yerinə oturtdu və öz ərazisini qoruya bildi”.

İqtisadiyyat.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Naxçıvanda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatı zamanı deyib.