"Hökumət binası yaxınlığında baş verən qarşıdurma nəticəsində, 16-sı polis, 18-i mülki şəxs olmaqla 34 nəfər xəsarət alıb, onlardan 17-nə lazımi tibbi yardım göstərilib".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb.

*** 22:46

Ermənistanda baş verən qarşıdurma səbəbi ilə bir neçə nəfər xəstəxanaya yerləşdirilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Son məlumatlara görə, xəstəxanaya yerləşdirilənlər arasında polis əməkdaşları da var.

*** 22:05

Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbi ilə Nazirlər Kabinetinin qarşısına toplaşan etirazçılara qarşı polis səs qumbaralardan istifadə edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 

Qeyd edək ki, etirazçılarla polis arasında qarşıdurmalar davam edir.

*** 16:56

İrəvanda etirazçılar əsas yolu bağlayıblar.

Bu barədə İqtisadiyyat.az TASS-a istinadən məlumat verir.

Aksiyaya qoşulanlar Qarabağdakı vəziyyətlə əlaqədar İrəvanda hökumət binasının yanındakı prospektin fəaliyyətini dayandırıblar.