Oktyabrın 6-da Türkiyə Cümhuriyyəti Prezidentinin köməkçisi Cevdet Yılmaz Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Cevdet Yılmaz “X”də paylaşım edib.

"Yeni Azərbaycan Partiyasının nümayəndə heyətinə xoş səfərə görə təşəkkür etmək istəyirəm", - paylaşımda qeyd edilib.

Xatırladaq ki, Tahir Budaqovun başçılıq etdiyi YAP nümayəndə heyəti Türkiyədə səfərdədir. Onlar bundan öncə Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşla görüşüblər.