Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukrayna Prezidenti Volodimir Zelenski ilə təkbətək görüşü keçirilib.

İqtisadiyyat.az xəbər verir ki, 2 saat 30 dəqiqə davam edən görüşdə iki ölkə arasındakı əlaqələr, Rusiya-Ukrayna müharibəsində son hadisələr və iyulun 17-də müddəti başa çatacaq “Taxıl sazişi” kimi regional və beynəlxalq məsələlər müzakirə edilib.

Daha sonra liderlərin geniş tərkibdə görüşü olub.