Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin bu gün Soçidə “Taxıl sazişi”nin yeni şərtlərlə bərpasını müzakirə edəcəklər.

İqtisadiyyat.az TASS-a istinadən xəbər verir ki, dövlət başçıları BMT-nin yeni şərtlərinə uyğun olaraq “Taxıl sazişi”nin bərpası barədə danışmağı planlaşdırırlar.

Məlumata görə, BMT-nin əsas şərtlərindən biri Avropanın Rusiyanın qida istehsalçılarına qoyulan məhdudiyyətlərin aradan qaldırılmasıdır. Eyni zamanda, danışıqlarda Qətərin iştirakı ilə Rusiya taxılının Türkiyə üzərindən Afrikaya çatdırılması variantı da müzakirə olunacaq.

 

Gözəl Həşimova