"Ukraynada müharibə tezliklə bitməyəcək. Bütün səylərə baxmayaraq, bu müharibə uzun müddət davam edəcək".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Amerikanın "PBS" telekanalına müsahibəsində bildirib.

“Türkiyə Ukraynada sülhün bərqərar olması üçün səylərini davam etdirəcək. Vladimir Putin də mənim kimi Ukraynadakı müharibənin tezliklə bitməsinin tərəfdarıdır. Putin də istəyir ki, bu müharibə tez bitsin və mən onun sözlərinə inanıram”, - deyə Ərdoğan vurğulayıb.

 

Gözəl Həşimova