Ukrayna xalqı öz ərazi bütövlüyünü bərpa etmək üçün 500 günə yaxın müddətdə mübarizə aparmağa davam edir.

İqtisadiyyat.az-ın məlumatına görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Ukrayna Prezidenti Vladimir Zelenski ilə birgə mətbuat konfransı zamanı bildirib.

O bildirib ki, Türkiyə Ukrayna ərazilərinin işğalını qəbul etmir: “Biz müharibənin müzakirə yolu ilə bitməsi üçün ən çox səy göstərən ölkə olduq”.

Ərdoğan Ukraynanın NATO-ya üzv olmağa haqqı çatdığını da qeyd edib.