Türkiyə prezidenti Rəcəb Ərdoğan ABŞ-yə səfərindən sonra Rusiya prezidenti Vladimir Putinlə yeni telefon danışığı planlaşdırır.

İqtisadiyyat.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Ərdoğan Putinlə taxıl müqaviləsini müzakirə etmək niyyətindədir.

“Ərdoğan artıq Putinlə telefon danışıqları aparmaq niyyətindədir. Bu danışıqlar çox güman ki, Ərdoğan Birləşmiş Ştatlardan qayıdandan sonra baş tutacaq. Prezident ABŞ-də BMT-nin baş katibi və liderlərlə Qara dəniz taxıl təşəbbüsünün bərpası ilə bağlı konkret təklifləri müzakirə edəcək”, – Türkiyə liderinin administrasiyası bildirib.

 

Gözəl Həşimova