"Rusiya Prezidenti, cənab Vladimir Putinin dəvəti ilə Soçiyə səfərimizi başa vurduq. Görüşlərimizdə Rusiya ilə ikitərəfli münasibətlərimizi, regional və qlobal hadisələri ətraflı müzakirə etdik, qarşıdakı dövrlə bağlı fikir mübadiləsi apardıq".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya səfərindən qayıdarkən jurnalistlərə məlumat verib.

"Rusiya ilə hazırda 69 milyard dollar olan ticarət həcmimizdəki artımı davam etdirmək istəyirik. Birgə səylərimizlə hədəfimiz 100 milyard dollara çatmaqdır. İstər nümayəndə heyətləri arasında keçirilən görüşdə, istərsə də ikitərəfli görüşdə iqtisadi əlaqələrimizin bütün aspektlərini müzakirə etdik", - deyə o, bildirib.

 

Gözəl Həşimova