Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cənubi Koreya Prezidenti Yoon Suk Yeol ilə görüşüb.

İqtsadiyyat.az xəbər verir ki, görüş Hindistanın paytaxtı Yeni Delhidə keçirilən G20 sammiti çərçivəsində baş tutub.

Görüş zamanı Türkiyə və Cənubi Koreya arasında ikitərəfli əlaqələr müzakirə edilib, mövcud əlaqələrin yaxşılaşdırılması istiqamətində atılan addımlar, iki ölkəni narahat edən regional və qlobal problemlər ətrafında fikir mübadiləsi aparılıb.