"Hamımız Azərbaycan ordusunun uğurları ilə fəxr edirik".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident Administrasiyasında keçirilən Nazirlər Kabinetinin iclasından sonra açıqlamasında deyib.

"Allah şəhid qardaşlarımıza rəhmət eləsin, yaralılara şəfalar diləyirəm. 30 il ərzində yaşadıqları bütün ağrılara baxmayaraq, onların Qarabağda ermənilərə münasibəti hər cür tərifdən üstündür. Mülki insanlara qarşı həssaslıqla bağlı fövqəladə səylər göstərilib", - Ərdoğan qeyd edib.