Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və bərabərindəki heyət ABŞ-nin Nyu-York şəhərinə səfər edib. 

İqtisadiyyat.az xəbər verir ki, Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) 78-ci Baş Assambleyasına qatılacaq və müxtəlif təmaslar aparacaq. 

Ərdoğanı Con Kennedi Beynəlxalq Hava Limanında Türkiyənin BMT-dəki daimi nümayəndəsi Sedat Önal, Vaşinqton səfiri Hasan Murat Mercan və Nyu-York baş konsulu Reyhan Özgür qarşılayıb.

Prezident Ərdoğan və xanımı Əminə Ərdoğanə Türkiyənin xarici işlər naziri Hakan Fidan, xəzinə və maliyyə naziri Mehmet Şimşək, enerji və təbii ehtiyatlar naziri Alparslan Bayraktar, ticarət naziri Ömer Bolat, ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki, ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş, sənaye və texnologiya naziri Mehmet Fatih Kacır, MİT sədri İbrahim Kalın, Prezident Administrasiyasının kommunikasiyalar şöbəsinin direktoru Fahrettin Altun, Prezidentin baş müşaviri səfir Akif Çağatay Kılıç, AK Partiya sədrinin müavini Binəli Yıldırım, AK Partiya sözçüsü Ömər Çelik və bəzi rəsmilər müşayiət edib.

Rəcəb Tayyib Ərdoğanı Türk Evinin qarşısında coşğulu izdiham qarşılayıb.

Ərdoğan ABŞ-yə səfəri çərçivəsində BMT-nin 78-ci Baş Assambleyasına qatılacaq və bəzi təmaslar keçirəcək.

Onun BMT Baş Assambleyasında çıxışı planlaşdırılıb.