Şamaxı rayonunda ər və arvad dəm qazından zəhərlənib, biri ölüb.

İqtisadiyyat.az xəbər verir ki, hadisə rayonun Mərzəndiyə kəndində qeydə alınıb.

Kənd sakinləri 1956-cı il təvəllüdlü Əhmədov Elxan Gülbaba oğlu və onun arvadı 1956-cı il təvəllüdlü Əhmədova Zənfirə Carı qızı yaşadıqları fərdi yaşayış evinin həyətində yerləşən hamam otağında dəm qazından zəhərlənib.

Nəticədə Elxan Əhmədov ölüb, Zənfirə Əhmədova isə dəm qazından zəhərlənmə diaqnozu ilə "Şamaxı rayon mərkəzi xəstəxanası" PHȘ daxil olmuş və hazırda müalicəsi davam etdirilir.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.