"Ermənistan humanitar məsələni həmişə siyasiləşdirib".

İqtisadiyyat.az xəbər verir ki, bunu Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupu rəhbərinin müavini Eldar Səmədov Azərbaycanda itkin düşmüş şəxslər probleminə həsr olunmuş brifinqdə deyib.

O bildirib ki, ermənilər əsir və girovlardan öz cinayətləri üçün istifadə edib: "Ermənistan hətta öz itkin düşmüş şəxslərinə də qeyri-insani davranır. Ermənilər onların tapılmasında maraqlı deyil. Çünki cinayətlərinin üzə çıxmasından narahatdırlar".//Report//